13–14 iyun 2025-ci il tarixlərində Bakı Marriott Hotel Boulevard-da Türkdilli Dövlətlər Birliyinin Onkoloqlarının I Konqresi keçirilmişdir.
Bu konqres türkdilli ölkələr arasında tibbi əməkdaşlığın gücləndirilməsi, onkologiya sahəsində ən son elmi yeniliklərin paylaşılması və birgə strateji yanaşmaların müzakirəsi üçün mühüm platformadır.
Konqresdə Azərbaycan və digər türkdilli dövlətlərdən olan onkoloqlar, tibb müəssisələrinin nümayəndələri, eləcə də səhiyyə təşkilatlarının təmsilçiləri iştirak etmişdir.

