Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti və Bakı Patologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 13 iyul 2026-cı il tarixində Milli Onkologiya Mərkəzində Sarkoma Maarifləndirmə Günü keçirilmişdir.
Tədbirdə Bakı Patologiya Mərkəzinin
həkim-patohistoloqu Bahadur Abbasov “Sarkomanın patohistoloji diaqnostikasında çətinliklər və differensial diaqnoz” mövzusunda məruzəçi kimi iştirak etmişdir.

