Bu gün 8 avqust 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti, Bakı Patologiya Mərkəzi və AzeriMed-in birgə təşkilatçılığı ilə Yasamal rayonu kommunal təsərrüfat sahəsində çalışan qadınlar üçün ödənişsiz skrininq aksiyası keçirilmişdir.
Skrininqdə 400 ə yaxın qadın iştirak etmişdir.
Erkən diaqnostika bir çox onkoloji xəstəliklərin qarşısının alınmasında və uğurlu müalicəsində həlledici rol oynayır. Qadın sağlamlığının qorunmasına yönəlmiş bu təşəbbüsün məqsədi profilaktik müayinələrin əhəmiyyətini artırmaq və sağlam gələcəyə töhfə verməkdir.

